Ronaldu Alleqri ilə mübahisə edib

Ronaldu Alleqri ilə mübahisə edib
15:27 23 Yanvar 2019
70 İdman
Ölkə mətbuatı
A- A+

"Yuventus"un hücumçusu Kriştianu Ronaldu ilə baş məşqçisi Massimiliano Aleqri arasında mübahisə yaşanıb. Milli.Az matç.az-a istinadən xəbər verir ki, buna səbəb portuqaliyalı forvardın A seriyasının XX turunda "Kyevo" (3:0) ilə qarşılaşmada penalti qaçırması olub.Məlumatı Ronaldu özü də təsdiqləyib: "Bəli, Alleqri ilə mübahisəm düşdü. Bu, cari mövsümdəki bütün penalti zərbələri ilə bağlı olub. Fikrimdən yenə də daşınmıram. Komandanın uğuru üçün gördüyüm işlərin baş məşqçi və futbolçular tərəfindən müsbət qarşılanması məni sevindirir. "Yuventus"da gözəl qarşılandım, verdikləri dəstək və inamın cavabı olaraq çox çalışıram və etimadı doğrultmaq istəyirəm".Qeyd edək ki, Kriştianu Ronaldu bu mövsüm A seriyasında penaltidən 4 dəfə fərqlənib.Milli.Az

Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/723876.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR