Azərbaycan Beynəlxalq Bankından korporativ İnternet Bank istifadəçilərinə güzəşt

Azərbaycan Beynəlxalq Bankından korporativ İnternet Bank istifadəçilərinə güzəşt
15:37 23 Yanvar 2019
Ölkə mətbuatı
A- A+

Azərbaycan Beynəlxalq Bankı İnternet Bank xidmətindən istifadə edən korporativ müştərilərinə daha bir üstünlük təqdim edib. Bank bu müştərilər üçün güzəştli məzənnənin tətbiqinə başlayıb. Belə ki, konvertasiya əməliyyatlarını İnternet Bank xidməti üzərindən aparan müştərilərə bu əməliyyatları bankın standart kursundan aşağı məzənnə ilə yerinə yetirmək imkanı yaradılıb.İnternet Bank xidməti hüquqi şəxslərə və sahibkar fiziki şəxslərə aşağıda göstərilən imkanlardan istifadə etməyə şərait yaradır:-Bank hesabına nəzarət;-Hesabdan çıxarış;-Ölkədaxili köçürmələr; -Bankdaxili köçürmələr;-Ölkəxarici köçürmələr;-Kütləvi köçürmələr;-Əməkhaqqı ödənişləri;-Vergi ödənişləri;-ƏDV ödənişləri;-Konvertasiya əməliyyatları.Xidmətin Mailbox funksiyası korporativ müştərilərə bankla rəsmi yazışmalar aparmaq, bir çox əməliyyat sənədlərini banka gəlmədən skanlaşdıraraq göndərmək, yaxud bankdan onlayn qaydada almaq imkanı verir. Korporativ müştərilər İnternet Bank xidmətinə Asanİmza vasitəsilə də qoşula bilərlər.Bankın Korporativ biznesin inkişafı departamentinin direktoru Ülvi Qasımov bildirib ki, korporativ müştərilərin bank məhsul və xidmətlərindən istifadə imkanlarının daha da genişləndirilməsi üçün tədbirlər gələcəkdə də davam etdiriləcək: "Bankımızın İnternet Bank xidmətindən istifadə edən korporativ müştərilər artıq nəinki vaxtlarına, hətta valyuta alqı-satqısı zamanı xərclərinə də qənaət edəcəklər"Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbərin orijinal ünvanı: https://news.milli.az/economy/723883.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR