Saakaşvili Timoşenkonun namizədliyini dəstəklədi

Saakaşvili Timoşenkonun namizədliyini dəstəklədi
16:05 23 Yanvar 2019
44 Dünya
Ölkə mətbuatı
A- A+

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Ukraynada keçiriləcək prezident seçkilərində "Batkovşina" partiyasının sədri Yuliya Timoşenkoya dəstək verdiyini açıqlayıb.Milli.Az modern.az-a istinadən xəbər verir ki, o, bu barədə jurnalistlərə açıqlamasında deyib."Yuliya Timoşenko mənim Ukrayna vətəndaşlaığımdan qanunsuz məhrum edildiyim zaman dəstəyini göstərdi. Ümid edirəm ki, o, Pyotr Poroşenkonun quldur dəstəsini hakimiyyətdən qova biləcək".Saakaşvili 2008-ci ildə Rusiya ilə müharibə zamanı da Yuliya Timoşenkonun baş nazir kimi Gürcüstana yardım göstərdiyini xatırladıb.Ukraynada prezidentliyə namizədliyi qeydə alınan şəxslərin sayı 13-ə çatıb. Seçki kampaniyasına dekabrın 31-dən başlanılıb. Prezident seçkiləri martın 31-də keçiriləcək. Milli.Az

Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/723874.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR