"Rabitəbank" ötən ili mənfəətlə başa vurub

"Rabitəbank" ötən ili mənfəətlə başa vurub
16:27 23 Yanvar 2019
40 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 23 yanvar. REPORT.AZ/ 2018-ci ildə "Rabitəbank" ASC-nin aktivləri 6,2% artaraq bu il yanvarın 1-nə 772 113 min manata çatıb. 
"Report" bu barədə Banka istinadən xəbər verir. 
Hesabat dövründə "Rabitəbank"ın kredit portfeli isə 35,4% artaraq 317 765 min manat olub. 
İl ərzində Bankın cəmi öhdəlikləri isə 4,4% artaraq 682 302 min manata çatıb. Bunun da 384 739 min manatını, müştərilərin cari hesabları, 210 951 min manatını müddətli depozitlər təşkil edib. 
Bankın səhmdar kapitalı 14,5% artaraq 101,3 mln. manat, cəmi kapitalı isə 22,4% artaraq 89 811 min manat təşkil edib. 
"Rabitəbank" ötən il 3 124 min mənfəət əldə edib. Bankın faiz gəlirləri 35 361 min manat, faiz xərcləri 12 917 min manat, qeyri-faiz gəlirləri 10 294 min manat, 7 454 min manat təşkil edib. 

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/rabitebank-oten-ili-menfeetle-basa-vurub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR