Hicablı qız nişanlısından halallıq alıb yoxa çıxdı - Anasından ŞOK ETİRAF - FOTO

Hicablı qız nişanlısından halallıq alıb yoxa çıxdı - Anasından ŞOK ETİRAF - FOTO
16:37 23 Yanvar 2019
63 Ölkə
Ölkə mətbuatı
A- A+

8 gün öncə İsmayıllıda Balayeva Aynurə adlı qız nişanlısına "Haqqını halal et" yazaraq yoxa çıxıb.Milli.Az xəbər verir ki, bunu qızının tapılması üçün "Səni axtarıram"a üz tutan 22 yaşlı Aynurənin anası deyib.Yoxa çıxan qızın anası övladını 24 yaşlı qohumu ilə 1 il öncə məcbur nişanladırdığını etiraf edib:"Oğlan mənim qohumum düşür. Qızım istəmirdi. Amma mən istədim qızım xoşbəxt olsun. Balamı qeyrətlə-namusla istəyirdim köçürüm. İstəmirdim yadların əlinə düşsün. Heç bir xəbər yoxdur balamdan. Qapalı qız idi, rəfiqəsi də yox idi. Evdən çölə çıxan deyildi. Telefona qapanmışdı. Elə qız idi ki, su da içəndə halallıq alırdı.Bu ayın 13-ü nişanlısı bizdə olub.16-sı da o, yoxa çıxdı. Yeni il qabağı deyirdi ki, oğlanla xasiyyətləri düz gəlmir, ürəyinə yatmır". Qeyd edək ki, 2016-cı ildən ibadətlə məşğul olduğu deyilən Aynurə, evdən gedərkən hicabda olub.Məhəmməd Vaqif
Milli.Az

Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/723949.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR