Finlandiya prezidenti: "Dağlıq Qarabağ münaqişəsinin həll olunacağına indiki məqamda optimist yanaşıram"

Finlandiya prezidenti: "Dağlıq Qarabağ münaqişəsinin həll olunacağına indiki məqamda optimist yanaşıram"
16:37 23 Yanvar 2019
41 Digər
Ölkə mətbuatı
A- A+

Strasburq. 23 yanvar. REPORT.AZ/ Finlandiya ATƏT-in Minsk Qrupunun Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi üçün apardığı fəaliyyətini dəstəkləyir.
“Report“un Qərbi Avropa bürosu bildirir ki, bunu Avropa Şurası Parlament Assableyasının (AŞPA) qış sessiyasında Finlandiya Prezidenti Sauli Niinistö Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü, deputat Rafael Hüseynovun sualına cavab olaraq bildirib.
Finlandiya Prezidenti bildirib ki, Dağlıq Qarabaq münaqişəsinin həll olunacağına indiki məqamda optimist yanaşır. O qeyd edib ki, əvvəllər o bu məsələdə optimist olmasa da bu gün buna çox inanır. Lakin prezident Dağlıq Qarabağ münaqişəsinin həllində Ermənistan və Azərbaycanın hər zaman olduğu kimi bu gün də əsas aktyorlar olaraq qaldıqlarını vurğulayıb. 

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/dagliq-qarabag-munaqisesinin-hell-olunacagina-indiki-meqamda-optimist

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR