"Keşlə" Qazaxıstan komandasına məğlub oldu

"Keşlə" Qazaxıstan komandasına məğlub oldu
19:38 23 Yanvar 2019
32 İdman
Ölkə mətbuatı
A- A+

Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan "Keşlə” komandası bu gün üçüncü yoxlama matçını keçirib.

Publika.az xəbər verir ki, rəqib Qazaxıstan "Atırau"su olub. “Starlight Resort Hotel”in futbol meydanında təşkil olunmuş qarşılaşma "Keşlə"nin 1:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb. İlk yarıda tərəflər hərəyə 1 dəfə fərqlənsələr də, fasilədən sonra Qazaxıstan təmsilçisi daha 2 qol vurub.

"Atırau" Qazaxıstan Premyer Liqasını 33 oyundan 36 xalla 9-cu pillədə başa vurub.

Əvvəlki yoxlama oyunlarında Özbəkistanın U-23 yığması ilə qolsuz heç-heçə edən "Keşlə" Serbiyanın "Dinamo" (Vranye) komandasına uduzub - 0:2.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/idman/267220.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR