Məhəmməd Salah sosial şəbəkələrdəki hesablarını silir

Məhəmməd Salah sosial şəbəkələrdəki hesablarını silir
20:42 23 Yanvar 2019
53 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 23 yanvar. REPORT.AZ/ İngiltərənin “Liverpul” klubunun ulduz futbolçusu Məhəmməd Salah sosial şəbəkə hesablarını silməyə qərar verib.
“Report” xəbər verir ki, 27 yaşlı misirli yarımmüdafiəçi 22 yanvar tarixində son olaraq belə bir paylaşım edib: “2019-cu ilin qərarı: Real həyatda ünsiyyət qurmaq zamanı”. Bu paylaşımlardan sonra o “İnstagram” və “Twitter” hesablarını silib.
Qeyd edək ki, Məhəmməd Salah bu mövsüm İngiltərə Premyer Liqasında 23 oyunda meydanda olub, 16 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb. “Liverpul” 60 xalla turnir cədvəlinə başçılıq edir.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/mehemmed-salah-sosial-sebeke-hesablarini-silir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR