Los-Ancelesdə tətil etmiş müəllimlər etiraz aksiyasının dayandırılması barədə ilkin saziş imzalayıblar

Los-Ancelesdə tətil etmiş müəllimlər etiraz aksiyasının dayandırılması barədə ilkin saziş imzalayıblar
21:17 23 Yanvar 2019
48 Dünya
Ölkə mətbuatı
A- A+

Los-Anceles müəllimləri çərşənbə axşamı məktəb dairəsinin nümayəndələri ilə tətilin dayandırılması barədə ilkin saziş imzalayıblar. Müəllimlər əməkhaqqının 6 faiz artırılmasına və siniflərdə şagirdlərin sayına məhdudiyyət qoyulmasına nail olublar.Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunlar həmkarlar ittifaqı ilə dairələrin hakimiyyət orqanları arasında ən mübahisəli məsələlər idi. Los-Anceles şəhəri və Vaşinqton dairəsi məktəblərdə xidmətlərin genişləndirilməsi, o cümlədən xeyli sayda tibb bacısı, məsləhətçi və psixoloqların işə götürülməsi üçün vəsait sərf edirlər.İmzalanmış kontrakt həmkarlar ittifaqları tərəfindən təsdiq edilməlidir. Sazişin şərtlərinə görə, müəllimlər yanvarın 23-də səhər öz siniflərinə qayıdacaqlar. Müəllimlərin tətili ictimaiyyətin diqqətini belə bir fakta cəlb edib ki, ölkənin ən zəngin və liberal ştatlarından biri olan Kaliforniya dövlət məktəbləri üçün nisbətən az pul xərcləyir.Milli.Az

Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/723917.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR