Türkiyədə tanınmış müğənnini 15 il həbs cəzası gözləyir - 3 aylıq uşağı öldürüb

Türkiyədə tanınmış müğənnini 15 il həbs cəzası gözləyir - 3 aylıq uşağı öldürüb
21:27 23 Yanvar 2019
107 Maraqlı
Ölkə mətbuatı
A- A+

Avtomobil idarə edərkən qəza törədib 3 aylıq uşağın ölümünə, ana və atasının isə yaralanmasına səbəb olduğu bildirilən müğənni Deha Bilimlierə cəza istənilib.Milli.Az ölkə.az-a istinadən bildirir ki, qəzadan sonra protokolda 3 aylıq uşağı ölən Əli Aynıkoğlunun təqsirli olduğu, Bilimlierin isə qanunlara riayət etdiyi yazılıb. Baş prokurorluğun da protokolunda eynisi təkrarlandığından Bilimlierlə bağlı təqib etmə qərarına xitam verilmişdi. Lakin Əli Aynıkoğlunun vəkili Həsən Aydının etirazı ilə bu qərar yenidən qüvvəyə minib. Tərəflərin təqsir məsələsi yenidən araşdırılıb. Bu dəfə isə müğənninin də qüsurlu olduğu üzə çıxıb.Bilimlierin 15 il həbsi tələb edilib. Milli.Az

Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/723816.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR