Sumqayıt Dövlət Dram Teatrı fevral ayı üçün repertuarını açıqlayıb (FOTO)

Sumqayıt Dövlət Dram Teatrı fevral ayı üçün repertuarını açıqlayıb (FOTO)
21:36 23 Yanvar 2019
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Sumqayıt Dövlət Dram Teatrı fevral ayında bir-birindən maraqlı, müxtəlif janrlı repertuar tərtib edib.

Trend-in məlumatına görə, 50 yaşlı Sumqayıt Dövlət Dram Teatrı fevral ayının 3-ü M.F.Axundzadənin “Müsyö Jordan və Dərvişi Məstəli şah” komediyası, 10 fevralda Xalq yazıçısı Elçinin “Qatil” psixoloji dramı, fevralın 14-ü Sevgililər gününə həsr olunmuş Con Qolsuorsinin “Birincilər və sonuncular” məhəbbət dramı, 16 fevralda Əziz Nesinin “Öldür məni canikom” komediyası, fevralın 17-də Əli Əmirlinin “20 ildən sonra” dramı, 23 fevralda Con Patrikin “Qarını öldürməliyik” və 24 fevralda isə N.Muradoğlunun “Zülmətdə nur” tamaşalarını nümayiş etdirəcək.

Ünvan: Azərbaycan prospekti-21, Şəhər İcra Hakimiyyəti ilə üzbəüz

Əlaqə telefonları: (018) 655-91-21, (018) 655-23-69

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/culture/3009569.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR