Berlin və Paris Axen sazişini imzalayıblar

Berlin və Paris Axen sazişini imzalayıblar
21:57 23 Yanvar 2019
49 Dünya
Ölkə mətbuatı
A- A+

Fransa Prezidenti Emmanuel Makron yanvarın 22-də Axendə Almaniyanın federal kansleri Angela Merkel ilə imzaladığı sazişi iki ölkənin münasibətlərində yeni səhifə adlandırıb.Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu sənəd 1963-cü ildə Almaniya və Fransanın liderləri Konrad Adenauer və Şarl de Qoll arasında imzalanmış Yelisey müqaviləsinə bir əlavədir. Əlavədə yeni minilliyin qlobal çağırışları fonunda zəruri olan mühüm məsələlər yer alıb.Axen sazişinin imzalanması Avropada, xüsusən Fransada çətin günlərə təsadüf edir. Köhnə qitəni silkələyən Brexit Avropanın birliyi üzrə skeptiklərin və inteqrasiya tərəfdarlarının Beşinci respublikanın gələcəyi ilə bağlı diskussiyalarına səbəb olub. İndi Parisi daxili ziddiyyətlər və "sarı jiletlər" aksiyaları bürüyüb.Paris və Berlin yeni sazişdə alman-fransız maraqlarını beynəlxalq platformada, xüsusən BMT-də genişləndirmək, AFR və Fransanın rəqabət qabiliyyətini artırmaq, vətəndaş cəmiyyətləri arasında qarşılıqlı fəaliyyəti gücləndirmək barədə razılığa gəliblər. Makron və Merkel iki ölkənin münasibətlərinə xələl gətirmək istəyən qüvvələri də pisləyiblər.Milli.Az

Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/723914.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR