Ərdoğanla görüşdən sonra Putindən VACİB AÇIQLAMA

Ərdoğanla görüşdən sonra Putindən VACİB AÇIQLAMA
22:33 23 Yanvar 2019
82 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya dövlət başçısı Putin arasında keçirilən görüşdən sonra hər iki dövlət başçısı bəyanatla çıxış ediblər.

Publika.az xəbər verir ki, Rusiya Prezidenti Suriya böhranının həlli üzərində işlədiklərini bildirib.

"Suriyadakı böhranın siyasi həll yolundan danışdıq. İdlibdə sabitlik məsələsini, ABŞ rəhbərliyinin ordunu çıxarmaq qərarının Suriyadakı vəziyyətə necə təsir edəcəyini müzakirə etdik. ABŞ bu addımı atarsa, bu, proseslərə müsbət təsir edəcək. Bu bölgə indi kürdlərin əlindədir. Suriya rəhbərliyi kürdlərin nümayəndələri ilə görüşməlidir. Bu dialoq həm Suriya toplumu arasında anlaşma əldə edilməsi, həm də Suriya və qonşu ölkələrin maraqları baxımından uyğundur".


Xəbərin orijinal ünvanı: https://publika.az/news/region/267236.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR