Bakı. Trend:
Venesuela Milli Assambleyasının (birpalatalı parlament) sədri və müxalifət lideri Xuan Quaydo özünü prezidentin vəzifəsini icra edən elan edib.
Trend-in məlumatına görə, bu barədə X.Quaydo müxalifətin Karakasın Çakao rayonunda keçirilən mitinqi zamanı bildirib.
X.Quaydo deyib: "Mən rəsmi olaraq Venesuela prezidentinin səlahiyyətlərini icra etməyə and içirəm".
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp X.Quaydo artıq Venesuelanın müvəqqəti prezidenti kimi tanıyıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin