“Çukur”a transfer edilən Ahmet Şenkaya kimdir? - FOTO

“Çukur”a transfer edilən Ahmet Şenkaya kimdir? - FOTO
23:17 23 Yanvar 2019
92 Şou
Ölkə mətbuatı
A- A+

Gənc aktyor Ahmet Şenkaya "Çukur" serialına transfer edilib.Milli.Az ölkə.az-a istinadən bildirir ki, serialın 49-cu seriyasına daxil olan aktyor Ferhat obrazını canlandırır. Onun oyunu tamaşaçılar tərəfindən bəyənilib.Balkandan köçən miqrant bir ailənin böyük oğlu olan Ahmet 1993-cü ildə İzmirin Çamdibi rayonunda anadan olub. Orta məktəb illərində teatr ilə tanış olub. Müjdat Gezen sənət mərkəzində təhsil alıb. Beykent universitetində aktyorluq təhsili alıb. Peşəkar karyerasına reklam çarxlarına çəkilməklə başlayıb.İlk filmi "Posta Kutusu" olub. Sonra isə "Vatanım Sensin" filmində kamera qarşısına keçib. "Bir dilek tut" filmində isə müəllim obrazını canlandırıb. Sonuncu dəfə isə "Dijital esaret" filmində qonaq aktyor qismində dəvət edilmişdi. Hazırda "Çukur" serialında Ferhat obrazını canlandırır.Milli.Az

Xəbərin orijinal ünvanı: https://news.milli.az/seriallar/723784.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR