"Barselona"dan 75 milyon avroluq TRANSFER - FOTO

"Barselona"dan 75 milyon avroluq TRANSFER - FOTO
23:18 23 Yanvar 2019
69 İdman
Ölkə mətbuatı
A- A+

"Ayaks" klubunun yarımmüdafiəçisi Frenki de Yonq karyerasını İspaniyanın "Barselona" komandasında davam etdirəcək.

Publika.az xəbər verir ki, bu barədə "göy-qırmızılar"ın rəsmi saytı məlumat yayıb.

Klublar 21 yaşlı hollandiyalının transferi barədə razılığa gəliblər. Futbolçu iyulun 1-dən "Barselona"nın üzvü olacaq.

Transferin dəyəri 75 milyon avro təşkil edir. Oyunçu uğurlu çıxış edəcəyi təqdirdə "Ayaks" əlavə 11 mln. avro bonus ala bilər. Yayda de Yonq "Barselona" ilə 2023/24-cü illər mövsümünün sonuna qədər nəzərdə tutulan müqavilə imzalayacaq.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/idman/267240.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR