“Neftçi” Çexiya klubuna məğlub oldu

“Neftçi” Çexiya klubuna məğlub oldu
23:48 23 Yanvar 2019
69 İdman
Ölkə mətbuatı
A- A+

Türkiyədə təlim-məşq toplanışını davam etdirən “Neftçi” komandası yanvarın 23-də növbəti yoxlama oyununu keçirib.

Publika.az xəbər verir ki, rəqib Çexiyanın “Slovan” kollektivi olub. "Arslan Zeki Demirci" İdman Kompleksində keçirilən görüş Liberets təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 2:1.

Hesabı 21-ci dəqiqədə Baqali Dabonun ötürməsindən sonra Mirabdulla Abbasov açıb. Lakin 36-cı dəqiqədə Matey Hibş hesabı bərabərləşdirib, 46-cı dəqiqədə isə Yan Mikula “Neftçi” müdafiəçilərinin səhvindən yararlanaraq komandasının qələbə topunu vurub.

Qeyd edək ki, bu, “Neftçi”nin ikinci yoxlama oyunu olub. Flaqman ilk görüşündə Rumıniya "Qaz-Metan" klubuna böyük hesabla qalib gəlib - 3:0. Hazırda “Slovan” Çexiya çempionatında 19 oyundan 25 xalla 7-ci pillədə qərarlaşıb.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/idman/267242.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR