"Akkuyu" AES 2023-cü ildə istifadəyə veriləcək - Putin açıqladı

"Akkuyu" AES 2023-cü ildə istifadəyə veriləcək - Putin açıqladı
00:48 24 Yanvar 2019
25 Digər
Ölkə mətbuatı
A- A+

Rusiya prezidenti Vladimir Putin Türkiyədə RF-nin köməkliyi ilə tikilən "Akkuyu" atom elektrik stansiyasının 2023-cü ildə istismara veriləcəyinə ümid edir.

Publika.az TASS-a istinadən xəbər verir ki, o bunu Rusiya-Türkiyə danışıqları başa çatdıqdan sonra keçirilən mətbuat konfransında deyib.

"Türkiyədə ilk atom elektrik stansiyası olan "Akkuyu"nun inşası üzrə irimiqyaslı layihənin həyata keçirilməsi plan üzrə gedir, onun birinci blokunun tikintisi davam edir və biz onu 2023-cü ildə istifadəyə verməyi nəzərdə tuturuq", - deyə Putin bildirib.

Rusiya prezidentinin sözlərinə görə, bu tarixi onun türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan açıqlayıb, çünki 2023-cü ildə Türkiyə Respublikasının bir əsrlik yubileyi qeyd olunacaq.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/region/267246.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR