"Çelsi" klubu "Yuventus"un futbolçusunu icarəyə götürüb

"Çelsi" klubu "Yuventus"un futbolçusunu icarəyə götürüb
01:17 24 Yanvar 2019
55 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 24 yanvar. REPORT.AZ/ İngiltərənin "Çelsi" klubu İtaliya "Yuventus"unun futbolçusu Qonsalo İquainlə müqavilə bağlayıb.
"Report"un "zadəganlar"ın rəsmi saytına istinadən verdiyi məlumata görə, 31 yaşlı hücumçu ilə mövsümün sonunadək anlaşma əldə olunub.
Təcrübəli oyunçu 9 nömrəli forma ilə çıxış edəcək.
Argentinalı forvard mövsümün ilk yarısını icarə əsasında "Milan"da keçirib. O, A Seriyasında 15 oyunda 6 qol və 1 məhsuldar ötürmə müəllifi olub.
Qonsalo İquainin mövsümün sonunda 36 milyon avroya birdəfəlik alınması şərti ilə icarəyə götürüldüyü bildirilir. 

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/celsi-klubu-yuventus-un-futbolcusunu-icareye-goturub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR