Salah sosial şəbəkələrdən UZAQLAŞDI

Salah sosial şəbəkələrdən UZAQLAŞDI
04:53 24 Yanvar 2019
78 İdman
Ölkə mətbuatı
A- A+

İngiltərənin “Liverpul” klubunun ulduz futbolçusu Məhəmməd Salah sosial şəbəkə hesablarını silməyə qərar verib.

Publika.az xəbər verir ki, 27 yaşlı misirli yarımmüdafiəçi 22 yanvar tarixində son olaraq belə bir paylaşım edib: “2019-cu ilin qərarı: Real həyatda ünsiyyət qurmaq zamanı”. Bu paylaşımlardan sonra o “İnstagram” və “Twitter” hesablarını silib.

Qeyd edək ki, Məhəmməd Salah bu mövsüm İngiltərə Premyer Liqasında 23 oyunda meydanda olub, 16 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb. “Liverpul” 60 xalla turnir cədvəlinə başçılıq edir.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/idman/267234.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR