Azərbaycan Livana fındıq tədarük edəcək

Azərbaycan Livana fındıq tədarük edəcək
06:53 24 Yanvar 2019
Ölkə mətbuatı
A- A+

Livan Azərbaycandan fındıq idxal edən ölkələr siyahısına daxil olub.

Bunu Trend-ə Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri İsmayıl Orucov deyib.

İ.Orucovun sözlərinə görə, hazırda məhsul 20-dən çox ölkəyə ixrac olunur:

“2018-ci ildə fındıq daha çox Rusiyaya ixrac olunub. Bundan başqa, Avropa da Azərbaycan fındığının mühüm istehlakçısıdır. Gözlədiyimiz kimi, 2018-ci ildə fındıq istehsalı artsa da, türk lirəsinin dollara nisbətdə ucuzlaşması Azərbaycandan fındıq ixracının azalmasına səbəb oldu. Türkiyəli ixracatçılar tərəfindən fındığın daha aşağı qiymətlərlə təklif olunması, Azərbaycan məhsulunun rəqabətqabiliyyətliliyini azaltdı”.

Assosiasiya sədri bildirib ki, 2017-ci ilin son rübündə 14,5 min ton fındıq istehsal olunmuşdusa, 2018-ci ilin həmin dövründə ixracat həcmi 40 faizdən çox azalıb.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/gundem/267228.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR