Bakı. Trend:
Sakit okeanda, Tonqa adaları sahillərində 5,5 bal gücündə zəlzələ baş verib.
Trend-in ABŞ Geoloji Xidmətinə istinadən verdiyi məlumata görə, "UTC" vaxtı ilə saat 00:52-də qeydə alınan yeraltı təkanların episentri Xixifo yaşayış məntəqəsindən 97 kilometr şimal-şərqdə, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi elan edilməyib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin