Bir neçə müddət bundan öncə Xiaomi şirkəti Redmi brendinin ilk smartfon modeli Note 7-ni təqdim etmişdi. Lakin şirkət bununla kifayətlənmək niyyətində deyil. Belə ki, Mysmartprice saytının mənbələrinin verdikləri məlumatlara əsasən yaxın zamanda Hindistanda sözügedən brendin daha 2 smartfon modeli satışa çıxacaq. Onlardan biri Redmi Note 7 Pro, ikincisi isə büdcəli Redmi Go modeli olacaq.Çox güman ki, Redmi Go sözügedən brendin ən ucuz smartfon modeli olacaq və Android Pie (Go Edition) əməliyyat sistemi vasitəsilə çalışacaq. Bu, aşağı texniki göstəricili smartfonlar üçün nəzərdə tutulmuş xüsusi əməliyyat sistemi versiyasıdır. Bundan əlavə olaraq məlumata əsasən Redmi Go modeli 5.9 düym ekrana sahib olacaq. Nəzərə alsaq ki, Redmi Note 7-nin qiyməti 150$-dır, çox güman ki, Redmi Go-nun qiyməti 100$-dan aşağı olacaq.Milli.Az technote.az-a istinadən bildirir ki, Redmi Note 7 Pro-ya gəldikdə isə onun varlığı barəsində məlumat hələ Redmi Note 7-nin təqdimatında yayılmışdı. Belə ki, Redmi Note 7 Pro modeli Redmi Note 7-nin bir qədər təkmilləşdirilmiş versiyası olacaq. Smartfon Snapdragon 675 prosessoru və Sony IMX586 matrisalı 48 MP-lik arxa kamera ilə təchiz olunacaq. Hər iki smartfon modelinin fevral ayında satışa çıxacağı güman edilir. Qeyd etmək lazımdır ki, Redmi Note 7-yə tələbat çox yüksəkdir. Belə ki, 100.000 cihazdan ibarət ilk Redmi Note 7 tirajı 8 dəqiqə ərzində satılıb. Bu cür templə Xiaomi şirkəti bu ayın sonuna kimi 1 milyon Redmi Note 7 smartfonu satmağı planlaşdırır.Milli.Az
Daha 2 Redmi olacaq
0552252950 (Whatsapp)
BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR
Top xəbərlər
Son xəbərlər »
Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəldi
25 Aprel 2024
03:18
Krım körpüsü bağlandı
25 Aprel 2024
01:15
BMT-də Azərbaycanın növbəti məruzəsinin təqdimatı keçirildi
25 Aprel 2024
00:18
Ölkə kuboku əlavə prestijdir -
24 Aprel 2024
23:45
Lənkəranda keçmiş polis anasına görə öz həyatına qəsd etdi -
24 Aprel 2024
23:05
Tanınmış meyxanaçı nəvəsinə Polad Həşimovun adını verdi
24 Aprel 2024
22:48
"Qarabağ" - "Neftçi" oyununda vurulan qol diqqət çəkdi -
24 Aprel 2024
22:28
İlk oyunun nəticəsi hər iki komandaya təsir etdi -
24 Aprel 2024
22:19
Paşinyanın xanımı təhqir olundu -
24 Aprel 2024
22:05
Kubok oyununda darmadağın -
24 Aprel 2024
21:42