Yeni proqram beyin fəaliyyətini yaxşılaşdıracaq

Yeni proqram beyin fəaliyyətini yaxşılaşdıracaq
08:12 24 Yanvar 2019
Ölkə mətbuatı
A- A+

Böyük Britaniya alimlərinin yaratdığı "Decoder" mobil əlavəsi konsentrasiya qabiliyyətini artırmağa və hazırda geniş yayılmış diqqət çatışmazlığı sindromu ilə mübarizə aparmağa imkan verir.Milli.Az ICTnews-a istinadən bildirir ki, alimlərin fikrincə, diqqətin konsentrasiyası ilə bağlı problemlərin əsas səbəbi smartfon istifadəçilərinin diqqətini bitməyən bildirişlərlə yayındıran messencer və sosial şəbəkələrin populyarlığıdır."Müasir cavan insanlar eyni anda bir neçə işlə məşğul olmağa məcburdurlar və bu, diqqəti konsentrasiya etmək qabiliyyətinə mənfi təsir göstərir. Buna stresslər, keyfiyyətsiz gecə yuxusu, "Jet lag", eləcə də digər neqativ amillər əlavə edəndə isə bütöv diqqət çatışmazlığı sindromu alınır", - proqram müəllifləri olan Kembric Universitetinin əməkdaşları bildirib.Bildirilir ki, alimlər tərəfindən proqram təminatı beyin fəaliyyətinin yaxşılaşdırılması üçün üç qrupa bölünən 70 könüllünün üzərində sınaqdan keçirilib."Qruplardan birinin könüllüləri "Decoder", digər qrupun üzvləri başqa mobil əlavə oynayıb, nəzarət qrupunun iştirakçıları isə heç bir oxşar əlavədən istifadə etməyib. Biraylıq hazırlıqdan sonra könüllülərin qabiliyyəti xüsusi test vasitəsilə yoxlanılaraq "Decoder" proqramının həqiqətən diqqət çatışmazlığını aradan qaldırmağa kömək etməsi müəyyən edilib", - proqram təminatı yaradıcıları qeyd edib.Milli.Az

Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/723612.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR