Gəncədə narkotik maddələrin dövriyyəsi ilə məşğul olan 2 nəfər saxlanılıb

Gəncədə narkotik maddələrin dövriyyəsi ilə məşğul olan 2 nəfər saxlanılıb
10:37 24 Yanvar 2019
31 Digər
Ölkə mətbuatı
A- A+

Gəncə. 24 yanvar. REPORT.AZ/ Gəncə şəhərində narkotik vasitələrin dövriyyəsilə məşğul olan şəxslər saxlanılıb.
DİN Mətbuat xidmətinin Gəncə regional qrupundan "Report"un Qərb bürosuna verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis İdarəsinin (RPİ) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitə dövriyyədən çıxarılıb. Narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş 1982-ci il təvəllüdlü Namiq Tağıyev saxlanılaraq polis idarəsinə gətirilib və onun üzərinə baxış keçirilən zaman əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 4 ədəd siqaret falqasına bükülmüş, ümumi çəkisi 0.23 qram olan, narkotik vasitə olan “heroin” aşkar olunub. N. Tağıyevin ətrafında aparılan əməliyyat-axtarış tədbirləri ilə onun kirayədə yaşadığı evindən isə 24 ədəd siqaret falqasına bükülmüş, ümumi çəkisi 1.93 qram çəkidə narkotik vasitə olan “heroin” aşkar olunaraq götürülüb.
Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində N.Tağıyevə narkotik vasitə satan şəxsin, əvvəllər məhkum olunmuş, Gəncə şəhər sakini 1982-ci il təvəllüdlü Ehtiram Fərəcov olduğu müəyyən edilərək, Kəpəz RPİ-yə gətirilib. Onun evinə baxış keçirilən zaman 11 ədəd kibrit qutusunda və 1 ədəd selofanda ümumi çəkisi 75.26 qram çəkidə narkotik vasitə olan marixuana və evin müxtəlif yerlərindən ümumilikdə 36 ədəd siqaret falqasına bükülü olan ümumilikdə 4.92 qram narkotik vasitə olan “heroin” aşkar olunaraq götürülüb.
Hər iki faktla bağlı araşdırmalar davam etdirilir.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/narkotik-maddelerin-dovriyyesi-ile-mesgul-olan-2-nefer-saxlanildi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR