Azərbaycanda dəhşətli cinayət - Boğub öldürdülər, meyiti baqaja qoyub apardılar

Azərbaycanda dəhşətli cinayət - Boğub öldürdülər, meyiti baqaja qoyub apardılar
11:18 24 Yanvar 2019
47 Digər
Ölkə mətbuatı
A- A+

Ağcabədi rayonunda baş verən dəhşətli cinayətin üstü açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, Ağcabədi rayon polis şöbəsinə müraciət edən Hindarx qəsəbə sakini H.Cənnətov bildirib ki, yanvarın 20-də atası Əhlimanın yaşadığı qəsəbə ərazisindəki fermaya baş çəkməyə gedib. Amma nə atasını, nə də 13 baş qoyunu tapa bilib.

Polis əməkdaşları tərəfindən aparılan araşdırmalara Əhliman Cənnətovun yanvarın 19-da həmyerlisi Mansur Qasımov və onun dayısı, Şərəfxanlı kənd sakini Sərxan Mamedzadə tərəfindən küt alətlə vurulması və kəndirlə boğduqdan sonra cəsədinin fermanın yaxınlığında torpağa basdırılması, qoyunların isə Mansur Qasımova məxsus “VAZ-2107” markalı avtomobilə yüklənərək Hüsülü kəndi ərazisindəki heyvan bazarında satılması müəyyən edilib.

İstintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Sərxan Mamedzadə saxlanılıb.

Mansur Qasımovun da tutulması istiqamətində təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri aparılır.

Əhliman Cənnətovun meyiti eksqumasiya edilib.

İstintaq müəyyən edib ki, rayonun Şərəfxanlı kənd sakini, 1988-ci il təvəllüdlü Sərxan Mamedzadə dayısı, 1980-cı il təvəllüdlü Mansur Qasımovla birlikdə qabaqcadan Əhliman Cənnətovu öldürərək heyvanları ələ keçirməyi planlaşdırıblar.

Yanvarın 19-u axşam saat 20 radələrində Mansur Qasımova məxsus avtomobillə Əhliman Cənnətovun fermasına gəliblər.

Əhliman onlara yaxınlaşaraq salamlaşıb, Mansur onu ağac parçası ilə vurub yerə yıxıb, huşsuz vəziyyətdə olan kişini özü ilə gətirdiyi iplə boğaraq öldürüb.

Əhliman Cənnətovun meyitini maşının baqajına qoyaraq fermadan 150 metr kənarda əkin sahəsində basdırıblar.

Fermadakı qoyunları götürüb Ağcabədi mal-qara bazarına aparıb satıblar, pulu aralarında bölüşdürblər.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/crime/267278.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR