Milli.Az bildirir ki, bunu Trend-ə millət vəkili Elman Məmmədov deyib.Deputat qeyd edib ki, Azərbaycanın dövlət başçısı ilə Ermənistanın hökumət başçısı arasında artıq üç, xarici işlər nazirləri səviyyəsində isə dörd görüş keçirilib: "Bu görüşlərin sayı da onu deməyə əsas verir ki, münaqişənin tənzimlənməsi istiqamətində müəyyən dinamika var".E.Məmmədov vurğulayıb ki, ABŞ Prezidenti Donald Trampın N.Paşinyanın baş nazir seçilməsi ilə bağlı təbrik məktubunda vurğuladığı bir fikir də diqqəti cəlb edir:"Tramp qeyd edib ki, ABŞ ilə Ermənistan arasında ticari-iqtisadi münasibətlərin, korrupsiyaya qarşı mübarizənin daha uğurlu olması üçün Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində konkret nəticələr əldə etmək lazımdır. Yəni faktiki olaraq rəsmi Vaşinqton Ermənistanla münasibətinin gələcəyini bu münaqişənin nizamlanması ilə bağlayır. Bu, önəmli məsələdir. Bu gün Avropa İttifaqı da təxminən eyni mövqedədir".Onun sözlərinə görə, bütün bunları nəzərə alaraq xüsusilə bir məqamın üzərində dayanmalıyıq ki, Davosda Dünya İqtisadi Forumunda Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri arasında danışıqlar saat yarım davam edib:"Bu danışıqlar, ilk növbədə, ona ünvanlanıb ki, artıq müəyyən addımlar atmağın vaxtı gəlib çatıb və bu istiqamətdə konkret işlər görmək lazımdır. Nəzərə alaq ki, xarici işlər nazirlərinin həm Milan, həm də Paris görüşündə, ilk növbədə, hər iki tərəfin xalqlarını sülhə hazırlamaqla bağlı konkret əməli addımların atılmasının zəruriliyi vurğulanmışdı. Məsələyə bu konteksdə yanaşdıqda hesab edirəm ki, Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında aparılan danışıqlar həm də ona işarədir ki, yaxın vaxtlarda artıq iki ölkənin liderləri arasında yüksək səviyyəli görüşlərin keçirilməsi üçün olduqca münbit şərait formalaşmaqdadır".Milli.Az
"Azərbaycan və Ermənistan liderləri arasında yüksək səviyyəli görüşün keçirilməsi üçün münbit şərait formalaşır"
0552252950 (Whatsapp)
BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR
Top xəbərlər
Son xəbərlər »
Azərbaycan və Qırğızıstan arasında memorandum imzalandı
24 Aprel 2024
21:04
"O getdi, mən də daha yoxam" -
24 Aprel 2024
20:43
Azərbaycanda bu xərclər ləğv edilir -
24 Aprel 2024
20:08
Azərbaycanda yeni kollec yaradıldı
24 Aprel 2024
20:04
Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini anıb
24 Aprel 2024
19:53
Futbol üzrə Azərbaycan Kubokunda ilk finalçı müəyyənləşdi
24 Aprel 2024
19:28
Vəfat edən sabiq pediatrın iş yoldaşı DANIŞDI -
24 Aprel 2024
19:05
Gürcüstandan avtomobil idxalı kəskin azalıb
24 Aprel 2024
18:47
Azad edilmiş rayonlarda sənaye məhsulu istehsalı 70% artıb -
24 Aprel 2024
18:25
Zərərli qidaların niyə xərçəngə səbəb olduğu
24 Aprel 2024
18:03