Adnan Oktarın həbsxanadan elə görüntüləri yayıldı ki... - FOTOLAR

Adnan Oktarın həbsxanadan elə görüntüləri yayıldı ki... - FOTOLAR
11:28 24 Yanvar 2019
84 Dünya
Ölkə mətbuatı
A- A+

Özünü cəmiyyətə din xadimi kimi təqdim edərək mütəşəkkil cinayətkar dəstəyə başçılıq edən Adnan Oktarın həbsxanadan son görüntüləri yayılıb.

Publika.az xəbər verir ki, Oktarın arıqlaması və saçlarının ağarması diqqətdən qaçmayıb. Lakin o, bütün dəyişikliklərə baxmayaraq, gülümsəməyi də unutmayıb.

5 ay öncə İstanbul Respublika Baş Prokurorluğu tərəfindən saxlanılan din xadimi Ədirnədə F tipli qapalı həbsaxanada, bir nəfərlik kamerada qalır.

Lüks və krallara bənzər həyatı ilə hər zaman diqqət çəkən, istifadə etdiyi bütün əşyalarda ləl-cəvahirat olan Adnan Oktar hazırda 300 TL-dən çox pul xərcləyə bilmir.

Qeyd edək ki, Adnan Oktar və onun cinayətkar dəstəsi 20-dən çox cinayətdə ittiham olunur. O, FETÖ terror təşkilatı, İsrailin Mərkəzi Kəşfiyyat İdarəsi və bir çox mason təşkilatları ilə beynəlxalq əlaqələr qurub və onlarla əməkdaşlıq edib.

Onun sahibi olduğu mülklərdən 6 yük maşını tarixi əsər, antik və dəyərli əşyalar götürülüb. Bundan başqa, 70-dən çox silah, 3 min mərmi və külli miqdarda pul ələ keçirilib. İstintaq çərçivəsində təşkilat tərəfindən yaşı 15-dən aşağı olan uşaqların cinsi istismara cəlb edilməsi də ortaya çıxıb.

Aldadılaraq təşkilata daxil edilən qadınlar isə həmin andan etibarən iyerarxik siniflərə bölünüb. Qadın üzvlər ən yüksək mövqe olan “imam bacı” statusuna gələ bilmək üçün “turniket sistemi” adlandırılan sistemdən keçməlidir. Buraya təşkilatın bir çox kişi üzvü ilə eyni və müxtəlif anlarda cinsi əlaqəyə girmək daxildir. Həmin qadınlar yaraşıqlı, zəkalı, intellektual və savadlı kişilər tərəfindən evlənmək adı ilə təşkilata cəlb edilib.

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/news/dunya/267273.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR