Nisə Qasımovadan sevənlərinə ŞAD XƏBƏR

Nisə Qasımovadan sevənlərinə ŞAD XƏBƏR
12:23 24 Yanvar 2019
Ölkə mətbuatı
A- A+

2019-cu ilin aprel ayında Heydər Əliyev Sarayında Xalq artisti Nisə Qasımovanın solo konsertinin keçirilməsi planlaşdırılır.

Publika.az xəbər verir ki, konsert proqramında Nisə Qasımova repertuarında yer alan və musiqisevərlər tərəfindən sevilən “Sənsən həyatım”, “Gözləyəcəm”, “Eşqimi sönməyə qoymaram”, “Qəşəngdir”, “Sədaqətim var”, “Yalvarıram”, “Qayıtdım”, “Azərbaycan qızıyam” və sairə dillər əzbəri olan köhnə və yeni mahnılarını səsləndirəcək. Müğənni konsertdə həmçinin dünya xalqlarının mahnılarını ifa edəcək.

Konsertin tezliklə satışa çıxarılacaq biletlərini şəhərin mərkəzləşdirilmiş kassalarından əldə edə bilərsiniz.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/magazin1/267281.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR