Rabitə işçilərinin Respublika Spartakiadasında güllə atıcılığı üzrə qaliblər bəlli olub

Rabitə işçilərinin Respublika Spartakiadasında güllə atıcılığı üzrə qaliblər bəlli olub
12:35 24 Yanvar 2019
Ölkə mətbuatı
A- A+

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi,  Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin, “Spartak” Könüllü Bədən Tərbiyəsi və İdman Cəmiyyəti İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən “Sağlamlıq – 2018” Respublika Spartakiadası çərçivəsində güllə atıcılığı idman növü üzrə yarışlar təşkil olunub.
 
33 nəfərdən ibarət 11 komandanın qatıldığı yarışlarda I yeri “Aztelekom” MMC-nin komandası, II yeri “Bakı Telefon Rabitəsi” MMC-nin komandası, III yeri Məlumat Hesablama Mərkəzinin komandası tutub.
 
Güllə atıcılığı üzrə şəxsi yarışlarda isə I yerə  “Aztelekom” MMC-nin əməkdaşı Kərimli Murad, II yerə “Hərbiləşdirilmiş Mühafizə İdarəsi” MMC-nin əməkdaşı Əliyev Teymur, III yerə  “Aztelekom” MMC-nin əməkdaşı Dadaşov Kamran layiq görülüb.
 
Qeyd edək ki, hazırda spartakiada çərçivəsində dama oyunları keçirilir.
 














Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-58848-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR