İki aylıq sevgi: Malayziya kralı Moskva gözəlindən boşanır - FOTO

İki aylıq sevgi: Malayziya kralı Moskva gözəlindən boşanır  - FOTO
12:47 24 Yanvar 2019
64 Dünya
Ölkə mətbuatı
A- A+

Malayziyanın 49 yaşlı kralı V Muhammed iki ay əvvəl ailə həyatı qurduğu "Miss Moskva - 2015"in qalibi 25 yaşlı Oksana Voyevodina ilə ayrılmaq qərarına gəlib.Milli.Az oxu.az-a istinadla xəbər verir ki, bununla bağlı "eg.ru" portalı məlumat yayıb.Xatıraladaq ki, 2018-ci il noyabrın 22-də baş tutan toy mərasimi qızğın müzakirələrə səbəb olub.Rusiyalı gözələ görə kral bu ilin yanvarında taxtdan imtina edib.Oksana Voyevodina İslamı qəbul edib və açıq-saçıq fotolarını sosial şəbəkədən silib. Bir müddət öncə isə onun hamilə olması ilə bağlı məlumatlar yayılıb.Portalın verdiyi məlumata görə, indi isə kralın Moskva gözəlindən boşanmaq istədiyi üzə çıxıb.Bildirilib ki, kral Oksanadan soyuyub və onların münasibətlərində qalmaqallar yaşanıb.Qeyd edək ki, toy mərasimi Moskvanın "Barvixa" konsert zalında baş tutub. Toy Rusiya adət-ənənəsi ilə, ancaq spirtli içkisiz keçirilib, sonra isə gəlib hicab taxıb.Şayiələrə görə, kral və "Miss Moskva - 2015"in qalibi yarım il əvvəl Avropada tanış olmuşdu.Milli.Az

Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/724154.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR