Ağcabədidə qətl - Həmyerlisini boğub basdırdılar, qoyunlarını bazarda satdılar

Ağcabədidə qətl - Həmyerlisini boğub basdırdılar, qoyunlarını bazarda satdılar
13:12 24 Yanvar 2019
38 Ölkə
Ölkə mətbuatı
A- A+

Ağcabədi Rayon Polis Şöbəsinə müraciət edən Hindarx qəsəbə sakini H.Cənnətov yanvarın 20-də atası Əhlimanın yaşadığı qəsəbə ərazisindəki fermaya baş çəkməyə gedərkən atasını və 13 baş qoyunu orada aşkar etmədiyini bildirib.DİN Mətbuat Xidmətindən Milli.Az-a verilən məlumata görə, müraciətlə əlaqədar dərhal müvafiq tədbirlər həyata keçirilib. Polis əməkdaşları tərəfindən aparılan araşdırmalara Ə.Cənnətovun yanvarın 19-da həmyerlisi M.Qasımov və onun qohumu, Şərəfxanlı kənd sakini S.Mamedzadə tərəfindən küt alətlə vurulması və kəndirlə boğduqdan sonra cəsədinin fermanın yaxınlığında torpağa basdırılması, qoyunların isə M.Qasımova məxsus "VAZ-2107" markalı avtomobilə yüklənərək Hüsülü kəndi ərazisindəki heyvan bazarında satılması müəyyən edilib.Faktla bağlı cinayət işi başlanılıb.Rayonun polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən S.Mamedzadə saxlanılıb. M.Qasımovun da tutulması istiqamətində təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri aparılır. Ə.Cənnətovun meyiti eksqumasiya edilib.İstintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.Pünhan Mirzə
Milli.Az

Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/724213.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR