Quba qəbiristanlığında narkotik vasitə aşkarlanıb

Quba qəbiristanlığında narkotik vasitə aşkarlanıb
13:29 24 Yanvar 2019
42 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri qətiyyətlə davam etdirilir.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Trend-ə verilən məlumata görə, yanvarın 23-də Quba Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb.

Araşdırmalarla onun şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş 42 yaşlı Vüqar Babayev olduğu müəyyən edilib.

RPŞ-nin əməkdaşları tərəfindən V.Babayevin üzərinə keçirilən şəxsi baxış zamanı ondan sellofan bükümdə 130 qrama yaxın heroin aşkarlanıb.

Saxlanılan şəxsin ətrafında aparılan tədbirlərlə onun rayon ərazisində yerləşən qəbirstanlıqda narkotik vasitə gizlətdiyi də məlum olub. Polis əməkdaşları tərəfindən hal şahidlərin iştirakı ilə həmin əraziyə baxış zamanı oradan sellofan bükümdə 231 qram heroin aşkar edilərək götürülüb.

Saxlanılan şəxs narkotik vasitənin ona məxsus olduğunu və şəxsi istifadəsi üçün saxladığını bildirib.

Faktla bağlı Quba Rayon Polis Şöbəsində araşdırma aparılır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/incident/3009858.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR