Qarabağda hər şey 6 ay ərzində HƏLL OLUNACAQ: ərazilər qaytarılır, əvəzində... - Trampın tələbi ÜZƏ ÇIXDI

Qarabağda hər şey 6 ay ərzində HƏLL OLUNACAQ: ərazilər qaytarılır, əvəzində... - Trampın tələbi ÜZƏ ÇIXDI
13:33 24 Yanvar 2019
81 Digər
Ölkə mətbuatı
A- A+

“ABŞ prezidenti Donald Trampın Nikol Paşinyana təbrik məktubunda Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi haqqında dediyi sözlər əslində tələbdir. Məlumdur ki, münaqişə yalnız Azərbaycan ərazilərinin qaytarılması ilə mümkün ola bilər”.

Publika.az
xəbər verir ki, bu barədə rusiyalı ekspert Dmitri Verxoturov deyib.

Onun sözlərinə görə, Tramp adətən belə təbriklərin altına imza atır: “Bu məktublar Trampın və dövlət katibinin təlimatı ilə Dövlət Departamenti tərəfindən hazırlanır. Görünür, Trampın məsləhətçiləri Cənubi Qafqazda yeni siyasi raundu oynamağa qərar verdilər. Çünki ABŞ-ın əvvəki siyasəti uğursuz oldu. Vaşinqton uzun illər Gürcüstanı pro Amerika ölkəsi etməyə çalışırdı, lakin nəticəsi istənilən kimi olmadı. Tramp regionda yeni dayağı tapmağa çalışır. Regionda yeganə dayaq ola biləcək ciddi ölkə Azərbaycandır. Azərbaycan bütün regionun gələcəyini müəyyənləşdirə biləcək gücdür. Azərbaycanın ABŞ-a yaxınlaşması üçün Vaşinqton Bakıya nəsə təklif etməlidir. Bu təklif nə ola bilər? Aydındır ki, Dağlıq Qarabağ məsələsi. Bütövlükdə istənilən xarici aktorun Cənubi Qafqazda siyasi kombinasyaları Qarabağa və bu münaqişənin həllinə gətirib çıxarır”.

Rusiyalı ekspert qeyd edib ki, Tramp üçün Qarabağın Ermənistanın nəzarətində qalması, yaxud tanınmamış ərazi kimi olması tamamilə əlverişsizir.

“Bundan heç bir xeyir gəlməyəcək. Buna görə də Tramp Paşinyana təzyiq göstərməyə qərara gəldi. Sülh, ticarət, dostluq, əlbəttə yaxşıdır, lakin Qarabağı qaytarmaq lazımdır. Türkiyə üçün də Ermənistanla diplomatik münasibətlərin olmaması sərfəli deyil, lakin Azərbaycanın maraqları təmin olunmadan buna getmir. Buna görə Ankara Qarabağ münaqişəsi həll olunmadan heç bir münasibət qurmayacağını deyir. Prinsip etibarilə, Türkiyə üçün Ermənistan iqtisadi bazar və qaz kəmərlərinin tranziti üçün yaxşı ərazi olardı. Enerji problemləri ilə üzləşən Ermənistan üçün də bu çox əlverişli variant ola bilər. Biz müşahidə edirik ki, Ermənistandan fərqli olaraq Azərbaycana təzyiq göstərmirlər. Birincisi, beynəlxalq hüquqa əsasən bu ərazilər Azərbaycanındır, ikincisi, Azərbaycan əlverişli tərəfdaşdır. İndi Ermənistanla sövdələşmə aparırlar: ərazilərin qaytarılmasına əvəz olaraq yeni təkliflər irəli sürürlər. Faktiki olaraq, beynəlxalq ictimaiyyət qoşunların çıxarılmasını tələb edir”, - deyə o bildirib.

D.Verxoturov Paşinyanın çətin siyasi qərar qəbul etməli olacağını vurğulayıb: “Bu, Ermənistan rəhbəri kimi onun üçün tarixi qərar ola bilər. Lakin Paşinyanın başqa seçimi yoxdur. Ermənistan üçün isə münaqişənin həllindən sonra yeni iqtisadi imkanlar açılacaq. Erməni qoşunlar ərazilərdən çıxarılır, əvəzində Azərbaycan hansısa zəmanətlər verir. Artıq İrəvanla danışıqlar prosesi başlandı, həmsədrlərin bəyanatından belə görünür ki, sövdələşmə aparılır. İrəvan deyir ki, prinsip etibarilə rayonları qaytarmağa hazırıq, lakin əvəzində nə alacağıq? Təxminən yarım il ərzində tərəflər razılaşa bilərlər. Hesab edirəm ki, Ermənistanda hakimiyyət dəyişikliyinə görə münaqişənin həllində müsbət dönüş ola bilər. Çünki Nikol Paşinyan “Qarabağ klanı”na aid olmayan siyasətçidir”.

Asif


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_tehlil/267274.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR