REAl müxalifətin 26 yanvar mitinqinə qatılmayacaq

REAl müxalifətin 26 yanvar mitinqinə qatılmayacaq
13:37 24 Yanvar 2019
75 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 24 yanvar. REPORT.AZ/ REAL - Respublikaçı Alternativ Partiyası müxalifətin növbəti mitinqində iştirak etməyəcək.
“Report” xəbər verir ki, bu barədə partiya bəyanat yayıb.
Bildirilib ki, yanvarın 19-da keçirilən mitinqdə REAL sədri İlqar Məmmədovun çıxışı partiyanın münasibətini cəmiyyətə yetərincə çatdırıb.
Qeyd olunub ki, növbəti mitinqdə iştirak edərək mövqeyin təkrarlanmasına indiki mərhələdə ehtiyac görülmür: “Buna baxmayaraq sosial aktivliyin möhkəmləndirilməsi üçün çeşidli vasitələrlərdən istifadə edəcəyik”.
Xatırladaq ki, Milli Şura və bəzi siyasi partiyaların nüyaəndələri yanvarın 26-da mitinq keçirmək üçün Bakı Şəhər İcra Hakmiyyətinə (BŞİH) müraciət edib. BŞİH hələ ki, müraciətə cavab verməyib.

Xəbərin orijinal ünvanı: https://report.az/daxili-siyaset/real-novbeti-mitinqe-qatilmaqdan-imtina-etdi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR