“Renault-Nissan-Mitsubishi”nin rəhbəri istefa verdi

“Renault-Nissan-Mitsubishi”nin rəhbəri istefa verdi
13:52 24 Yanvar 2019
Ölkə mətbuatı
A- A+

Yaponiyada həbs edilən "Renault-Nissan-Mitsubishi" avtomobil alyansının direktorlar şurasının rəhbəri Karlos Qon vəzifəsindən istefa verib.Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Fransanın iqtisadiyyat və maliyyə naziri Bryuno Le Mer "Bloomberg Television"a müsahibəsi zamanı deyib. Onun sözlərinə görə, Qon öz postunu yanvarın 23-ü rəsmən tərk edib. Bildirilir ki, bu gün şirkət iclas keçirərək boş qalan vəzifəyə Mişelin Jan-Dominik Senarın gətirilməsini müzakirə edəcək.Xatırladaq ki, 64 yaşlı Karlos Qon maliyyə gəlirini gizlətməkdə şübhəli bilindiyi üçün ötən ilin noyabrında könüllü olaraq Tokio prokurorluğuna gedərək təslim olub.Milli.Az

Xəbərin orijinal ünvanı: https://news.milli.az/avto/724230.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR