Nazir müavini: Bəzən yazırlar ki, Təhsil Nazirliyi hara baxır, amma günah həmin vəsaiti dərsdə tətbiq edən müəllimdədir

Nazir müavini: Bəzən yazırlar ki, Təhsil Nazirliyi hara baxır, amma günah həmin vəsaiti dərsdə tətbiq edən müəllimdədir
13:55 24 Yanvar 2019
49 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. İlhamə İsabalayeva - Trend:

Təəssüf ki, heç də bütün müəllimlərimiz peşəsinin vurğunu deyil. Belə olduqda müəllimlər şagirdin nəticə əldə etməsinin yeganə yolunu onu yükləməkdə görürlər. Düşünürlər ki, şagird çox yazarsa, eyni tapşırığı bir neçə dəfə yerinə yetirərsə, onda vərdiş formalaşdıracaq və biliyi möhkəmlənəcək. Amma bu, yanlış yoldur.

Trend-in məlumatına görə, bunu təhsil nazirinin müavini Məhəbbət Vəliyeva deyib.

Onun sözlərinə görə, şagirdin öyrənmə prosesini maraqlı etmək üçün onun rəngarəngliyinə çalışmaq lazımdır.

M.Vəliyeva qeyd edib ki, bəzən müəllim heç bir mənbədə məlum olmayan, müəllifi tanınmayan, etibarsız mənbələri sinfə gətirməklə şagirdlərin fəaliyyətini "genişləndirir”, başqa tərəfdən də çoxsaylı ev tapşırıqları verməklə onları yükləyir. Bu da müəyyən uşaqlar üçün həm maraqsız, həm də yorucu görünür:

"Bəzən müşahidə edirik ki, sosial şəbəkələrdə hansısa mətndən bir parça qoyublar və böyük tənqid atəşinə tutulur ki, Təhsil Nazirliyi hara baxır? Günah həmin vəsaiti dərsdə tətbiq edən müəllimdədir”.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/society/3009998.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR