"Bank VTB" Rusiyada uçot dərəcəsinin artırılacağını gözləmir

"Bank VTB" Rusiyada uçot dərəcəsinin artırılacağını gözləmir
14:12 24 Yanvar 2019
44 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 24 yanvar. REPORT.AZ/ "Bank VTB" Rusiya Bankının (Mərkəzi Bank) uçot dərəcəsini artıracağını gözləmir. 
"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu açıqlama ilə Bankın İdarə Heyəti sədrinin I müavini Yuriy Solovyev məlumat verib. 
O həmçinin münbit geosiyasi şərtlər daxilində ABŞ dollarının məzənnəsinin 66 rubldan 63 rubla düşəcəyini, yəni ölkənin milli valyutasının cüzi bahalaşacağını istisna etməyib. Sədr müavinin sözlərinə görə, "Bank VTB"nin törəmə şirkət "VTB Kapital" bu il Rusiyada inflyasiyanın 4,2% olacağını proqnozlaşdırır ki, bu da Mərkəzi Bankın proqnozundan aşağıdır. 
Xatırladaq ki, Rusiya Bankı ötən ilin dekabr ayında uçot dərəcəsini 0,25 faiz bəndi artırraq 7,75%-ə qaldırıb. 

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/bank-vtb-rusiyada-ucot-derecesinin-artirilacagi-gozlemir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR