AZAL-ın Bakı-Cenevrə aviareysinin cədvəli yenilənib

AZAL-ın Bakı-Cenevrə aviareysinin cədvəli yenilənib
14:42 24 Yanvar 2019
34 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 23 yanvar. REPORt.AZ/ Fevralın 5-dən etibarən AZAL-ın Bakıdan Cenevrəyə J2-5009/J2-5010 reysləri yenilənmiş uçuş cədvəli üzrə həftədə iki dəfə yerinə yetiriləcək.
"Report"un “Azərbaycan Hava Yolları” QSC-yə istinadən verdiyi xəbərə görə, həmin tarixdən etibarən hər çərşənbə axşamı Bakıdan uçuş yerli vaxtla səhər saat 07:00-da, Cenevrəyə eniş yerli vaxtla saat 09:00-da həyata keçiriləcək. Cenevrədən uçuş yerli vaxtla səhər saat 10:00-da, Bakıya eniş yerli vaxtla saat 17:45-də həyata keçiriləcək.
Cümə günləri isə Bakıdan uçuş yerli vaxtla saat 06:30-da, Cenevrəyə eniş yerli vaxtla saat 08:25-də; Cenevrədən uçuş yerli vaxtla saat 09:25-də, Bakıya eniş yerli vaxtla saat 17:10-da yerinə yetiriləcək.
AZAL-ın reysləri baqajın və əl yükünün pulsuz daşınması və bort qidalanmanın da daxil olduğu klassik daşıma sxemi üzrə birgə çarter proqramı çərçivəsində üç xidmət sinfi - VIP Club, Business Class və ekonom sinfində təkmilləşdirilmiş komfortlu oturacaqlara malik “Airbus A319” təyyarələri ilə yerinə yetirilir.
Uçuşlar Heydər Əliyev Beynəlxalq Aeroportunun Terminal 1-dən həyata keçirilir.


Xəbərin orijinal ünvanı: https://report.az/biznes/azal-in-baki-cenevre-aviareysinin-cedveli-yenilenib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR