"Azərişıq"da kadr dəyişiklikləri

"Azərişıq"da kadr dəyişiklikləri
14:53 24 Yanvar 2019
37 Ölkə
Ölkə mətbuatı
A- A+

"Azərişıq" ASC-nin Bakı regionunun Bağlar Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) rəisi Tahir Əliyev tutduğu vəzifədən azad edilib.

Onun yerinə Rasim Həsənov təyin edilib.

Həmçinin, "Azərişıq"ın Texniki departamentinə yeni direktor təyin edilib. Bu vəzifə əvvəllər həmin departamentdə Texniki idarənin rəisi işləmiş Qədir İsmayılova həvalə edilib.

"Azərişıq"ın mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev faktı təsdiq edib.

Qeyd edək ki, "Azərişıq"ın Texniki departamentinin keçmiş rəisi Ziyəddin Quliyev "Azərenerji" ASC-yə vitse-prezident təyin edilib. (report)


Xəbərin orijinal ünvanı: https://publika.az/news/sosial/267304.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR