Dünya Bankı 2017-ci ilədək Azərbaycanda ÜDM artımını proqnozlaşdırır

11:22 14 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

[ 14 Yanvar 2015 11:19 ]

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Dünya Bankı (DB) növbəti üç il ərzində Azərbaycanda ÜDM artımı ilə bağlı proqnozunu açıqlayıb.

APA-Economics”in DB-nin hazırladığı “Qlobal İqtisadi Göstəricilər-2015” (“Global Economic Prospects-2015”) adlı hesabata istinadən verdiyi məlumata görə, 2015-2017-ci illər ərzində Azərbaycanda ÜDM artımı proqnozlaşdırılır.

 

Hesabata əsasən, 2015-ci ildə Azərbaycanda ÜDM 4,4%, 2016-cı ildə 4,1%, 2017-ci ildə isə müvafiq olaraq 3,8% təşkil edəcək.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR