Fironun məqbərəsi tam bərpa olundu - VİDEO - FOTO

Fironun məqbərəsi tam bərpa olundu - VİDEO - FOTO
15:27 24 Yanvar 2019
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Los Anceles şəhərindəki " Getty Conservation Institute" və Misirin Əntiq Tarix Nazirliyinin mütəxəssisləri firon Tutanhamonun məşhur məqbərəsinin bərpasını tamamilə başa vurublar.Milli.Az Daily Mail-ə istinadən bildirir ki, 1925-ci ildə arxeoloq Hovard Karterin aşkarladığı məqbərələrin rekonstruksiya və bərpa işləri 10 il əvvəl başlamış, 2016-cı ildə yekun mərhələyə qədəm qoymuşdu. Layihə təqribən 3 min il yaşı olan məqbərə binası ilə yanaşı, daxildə divarlara çəkilmiş yazılarla rəsmlərin də bərpasını nəzərdə tuturdu."Yeni Çarlıq" dövründə Tutanhamon qədim Misirin ən məşhur fironlarından biri olub. Eramızdan əvvəl 1332-ci ildə 9 yaşında taxta çıxmış firon 9 il sonra qəflətən vəfat edib.Milli.AzVideonu izləmək üçün şəklə klikləyin:
Fironun məqbərəsi tam bərpa olundu

Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/724082.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR