Siyəzəndə yolu keçən piyadanı avtomobil vurub öldürdü

Siyəzəndə yolu keçən piyadanı avtomobil vurub öldürdü
15:36 24 Yanvar 2019
21 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Siyəzən rayonunun Yenikənd kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən Trend-ə verilən məlumata görə, yanvarın 23-də saat 17 radələrində Siyəzən rayonunun Yenikənd kəndi ərazisində kənd sakini N.Əliyev idarə etdiyi “KİA” markalı avtomobillə yolu keçən həmkəndlisi Umusələmə Səlimovanı vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Siyəzən RPŞ tərəfindən araşdırma aparılır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/incident/3009913.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR