"Viski masasında oturan qadın ailəmi dağıtdı" - Fərdanın boşandığı arvadı

"Viski masasında oturan qadın ailəmi dağıtdı" - Fərdanın boşandığı arvadı
16:47 24 Yanvar 2019
109 Şou
Ölkə mətbuatı
A- A+

Xəbər verdiyimiz kimi, aktyor Fərda Xudaverdiyev ilk həyat yoldaşından ayrılıb, ikinci dəfə ailə qurub. Hətta onun üçüncü oğlu da dünyaya gəlib. Milli.Az axşam.az-a istinadən bildirir ki, aktyorun ötən gün xəbəri təsdiqləməsi və övladlarının şəklini "Üç aslanım: Mətinim, Aminim, Raulum" başlığı ilə paylaşması ilk xanımı Günel Xudaverdiyevanı özündən çıxarıb. Səssizliyini pozan Günel açıqlamasında qalmaqallı sözlər deyib:"Fərda Xudaverdiyevin ilk və əsl həyat yoldaşı olmuşam. Amin və Mətini dünyaya gətirən ana mənəm. 9 illik xoşbəxt ailə həyatım var idi. Qayınanam, baldızım, qayınatamla heç bir problemim olmayıb. Lakin bu qadın, yəni Raulun anası ailəmdə dəfələrlə problem yaradıb. 9 il kənardan bu ailəni dağıtmaq üçün əlindən gələni edib. O qadın dəfələrlə Fərdanın viski masasında olub. Sonda ailəmizin dağılmasında səbəb o və dünyaya gətirdiyi uşaqdır. O uşaq biz ailəli olarkən dünyaya gəlib. Boşanma prosesi noyabrda baş verib. Uşağın 1 yaşı isə martda olacaq. Bu zamana kimi kənardan izləyirdim. Amma dünənki paylaşımlar məni susdura bilməz. O uşaq mənim oğlanlarımın qardaşı deyil, ola da bilməz".Qeyd edək ki, F.Xudaverdiyev ilk həyat yoldaşından ötən il boşanıb. Daha sonra ikinci dəfə gizli ailə qurub. Onun üçüncü oğlu 6 ay əvvəl doğulub. Aktyorun ikinci dəfə ailə qurma xəbəri saytımızda "Maqazin klubu"nda bildirilib.Milli.Az

Xəbərin orijinal ünvanı: https://news.milli.az/showbiz/724269.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR