"Qarabağ" dünyanın ən yaxşı 100 klubu sırasında

11:22 14 Yanvar 2015
99 İdman
Ölkə mətbuatı
A- A+

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2014-cü ilin yekunlarına əsasən klubların reytinq siyahısını dərc edib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, dünyanın 100 ən yaxşı klubu sırasında "Qarabağ" da yer alıb. Ağdam klubu 138 xal ilə siyahının 78-ci pilləsində qərarlaşıb.
 
Siyahıya isə 381 xalla Madridin "Real" klubu liderlik edir. "Bavariya" ikinci, "Atletiko" isə üçüncü pillədə qərarlaşıb.
 
2014-cü ilin ən yaxşı iyirmi klubu aşağıda adları qeyd olunanlardır:

1. "Real" (İspaniya) – 381 xal
2. "Bavariya" (Almaniya) – 376
3. "Atletiko" Madrid (İspaniya) – 267
4. "Barselona" (İspaniya) – 251
5. "Atletiko" Nasyonal (Kolumbiya) – 249,5
6. "Yuventus" (İtaliya) – 245
7. "Arsenal" (İngiltərə) –233
7. "Napoli" (İtaliya) – 233
9. "River Pleyt" (Argentina) – 228
10. "Zalsburq" (Avstriya) – 228
11. "Çelsi" (İngiltərə) – 228
12. "Benfika" (Portuqaliya) – 227
13. PSJ (Fransa) – 223,5
14. "Kruzeyro" (Braziliya) – 219
15. "Portu" (Portuqaliya) – 217,5
16. "Atletiko Mineyro" (Braziliya) – 208
17. "Styaua" (Rumıniya) – 205
18. "San Lorenso" (Argentina) – 204
19. "Sparta" (Çexiya) – 202,5
20. "Sevilya" (İspaniya) – 202

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/318966.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR