Bakı sakini şəhərdə tam silahlanmış gəzirmiş

Bakı sakini şəhərdə tam silahlanmış gəzirmiş
11:23 14 Yanvar 2015
105 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 14 yanvar /Trend, müxbir İlkin İzzət/

30 yaşlı Bakı sakininin üzərindən soyuq, avtomobilindən isə odlu silah tapılıb.

Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Xətai Rayon Polis İdarəsi 35-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, Bakı şəhər sakini 1985-ci il təvəllüdlü Elnur Güloğlan oğlu Cəbiyevin üzərindən soyuq silah hesab edilən avtomatik düyməli bıçaq, idarə etdiyi “Mercedes” markalı avtomobildən qundağı və lüləsi kəsilmiş “İJ-K-16 X 7056УK” markalı tüfəng, 5 ədəd 16 mm patron aşkar olunaraq götürülüb.

Faktla əlaqədar araşdırma aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/incident/2352996.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR