Kadırovun iki əsgəri əsir düşdü

Kadırovun iki əsgəri əsir düşdü
11:24 14 Yanvar 2015
127 Dünya
Ölkə mətbuatı
A- A+

Ukrayna ordusunun Donetsk hava limanındakı mövqelərinə hücum edən separatçılar və onların tərəfindən döyüşən rusiyalı silahlılar itki verərək geri çəkilib.

 

APA-nın xəbərinə görə, bunu özünün “Facebook” səhifəsində Ukrayna Ali Radasının üzvü, “İnformasiya Müqaviməti” hərbi tədqiqatlar mərkəzinin rəhbəri Dmitri Tımçuk yazıb.

 

D. Tımçuk bildirib ki, son günlər Donbassda atışmaların intensivliyi və Ukrayna mövqelərinə hücum cəhdlərinin sayı artıb: “Donetsk hava limanında Rusiya qüvvələrinin həmlə qruplarından biri Ukrayna ordusunun xəncərvari cinah atəşinə məruz qalaraq itki verib. Ukrayna güc strukturlarının əməkdaşları iki “kadırovçu”nu əsri götürüb. Onlar Çeçenistan Daxili İşlər Nazirliyinin əməkdaşlarıdır”.  


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/190299

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR