Avropa meydanları və onların tarixçələri Art Tower-də - FOTO

Avropa meydanları və onların tarixçələri Art Tower-də - FOTO
10:37 26 Yanvar 2019
33 Ölkə
Ölkə mətbuatı
A- A+

Avropa şəhərlərində meydanlar ən mühüm ictimai yerlər hesab edilir. Meydanlar ana yolların keçdiyi və ən əhəmiyyətli bina və heykəllərin yerləşdiyi yerlərdir. İstənilən Avropa şəhərində meydanlar onun tarixi, memarlıq, mədəniyyət və ictimai elementlərinin qısa təsviridir. Eyni zamanda, meydanlar çox vaxt insanların və ictimai həyatın çox saylı formalaşmasını aydın şəkildə təcəssüm etdirir. Buna görə də meydanlar sosial cəhətdən üstünlük təşkil edən yerlərdir. Oxumasını bacaran biri üçün bu, əsrlər boyu burada məskunlaşmanın tarixindən və yaşamların keçdiyi yollardan bəhs edən şifahi məcmuədir. Bu sərgi Avropanın bazar meydanlarına olan baxış bucağını dəyişməyi təklif edir. Bu, cəsarətli bir ifadə kimi görünə bilər, ancaq ilk növbədə və hər şeydən əvvəl bunu hərfi mənada başa düşmək lazımdır. Professional keyfiyyətli dronlar (hava fotoaparatı) vasitəsilə çəkilmiş fotoşəkillər bir sıra tarixi Avropa şəhərlərində meydanların havadan görünüşünü əks etdirir. Avropanın kənar uclarında yerləşən Lissabon və İstanbul kimi tanınmış paytaxtlardakı məhşur meydanlar, əsrlər əvvəl təməlləri qoyulduğunda mərkəzlərində əkilmiş əfsanəvi çinar ağacları ilə tanınan Pind Dağları ərazisində yerləşən Arumınlar yaşayış məntəqələrindəki daha az tanınan, amma heç də az maraqlı olmayan meydanlarla birlikdə sərgilənmişdir.Meydanın coğrafi məkanı bu sərginin əsas mövzusudur. Başlanğıc nöqtəsi şablonlaşmış bir iddiadır, lakin önəmli vizual nəticələrə malik olan biri, xüsusən də meydanı tarixi və mədəni bir fenomen olaraq anlamaq üçün bilməlidir ki, meydanın öz baxış bucağından onu bütünlüklə görmək mümkün deyil. Qalxması çətin və keçilməz olan bir kilsə qülləsinin hətta nisbətən aşağı yüksəkliyindən məkanın geniş bir sahə görüntüsünü verən həmin tarixi şəhərlərdə istisnalar tapıla bilər. Dron fotoqrafçılığı texniki olaraq Fransız dilində "vol d'oiseau" və İngilis dilində "quş gözü ilə görüntü" olaraq adlandıra biləcəyimiz fotoşəkillər ərsəyə gətirir. Bu, texniki və bədii dillərin uğurla kəsişdiyi az saydakı müəssisələrdən biridir. Quş gözü ilə görüntü, demək olar ki, istisnasız və möhtəşəmdir.Bu görüntü eyni zamanda, bir insanın nəyə qadir ola biləcəyini aşılamaq üstünlüyünə malikdir: əzəmətli bir yaradılışın varlığı deməkdir. Beləliklə, sərgi bizim həm də məcazi anlamda meydanlarla bağlı baxış bucağımızı dəyişməyə çalışır. Bu bəlli bir həqiqətdir ki, meydanlar yaşayış məntəqələrindən uzaqda deyil, daha çox onların mərkəzində yerləşir. Bu, meydanı ətraf mühitlə əlaqələndirdikdə onun əsas xarakterinə və onun həm antropoloji, həm də visual olaraq müəyyənləşdirilməsi üçün ən dəqiq üsuluna gətirib çıxarır. İstər təbii yolla, istərsə də əvvəlcədən qurulmuş diaqramlar və hörmə torlar üzərində yaradılmış və yalnız yuxarıdan görülməsi mümkün olan bu şəhərlərin tərtibatı meydanın məkanı və onu xaricindəki məkan arasındakı fundamental sıxlığı göz önündə sərgiləyir. Qapalı məkana qarşı açıq məkan. Hərəkətsiz məkana qarşı hərəkətli məkan. İnsanlar üçün olan şəhərlər haqqında Jan Qehl şəhərin iki hissəsi arasındakı fərqi belə təsvir edir: "Küçələr orada hərəkət etmək fikrini doğurursa - "buyurun, davam edin!" - psixoloji düşüncə baxımından meydanlar orada asudə vaxt keçirmək üçündur. Dolaşım məkanları bizdən yalnız hərəkət etməyimizi istəyir. Meydanlar isə deyir ki, gəlin dayanın və burada vaxtilə nələrin baş verdiyinə şahid olun! Həm ayaqlar, həm də gözlər tarix və şəhərsalma üzərində öz silinməz izlərini qoymuşdur.Şəhər memarlığının əsas vahidləri hərəkət məkanları - yəni küçələr və onu bizə tanıdan məkanlarıdır - yəni meydanlar". Avropa meydanlarının tarixçəsi antik Yunan dövrünə qədər uzanan yaylaların və ictimai açıq sahələrın aşkar edildiyi tarixi qaynaqlarda da izlənilə bilər. Şəhər meydanları əsasən Avropaya xas bir xüsusiyyətdir, çünki digər mədəniyyətlər, hətta ölçüsünə görə çox böyük meydanlara sahib olsalar da belə, onlarda meydanları indiki dövrə gətirib çıxaran əlaqə bağları mövcud deyildir.Meydanları icad edən və xüsusən də müstəmləkə dövründə onların qapısını bütün dünyaya açaraq bir memarlıq nümunəsi kimi inkişaf etdirən Avropa olmuşdur. Əvvəlcə Yunan şəhərində əsas yolun bəsit şəkildə genişləndirilməsi meydanı ərsəyə gətirdi, zaman keçdikcə isə cəmiyyət və dini münasibətlər ona gözəllik qatdı. Yunanlılardan meydan ənənəsi Roma memarları tərəfindən qəbul edildi, burada forum (qədim Romada açıq havada yol boyunca salınmış ticarət məqsədli ictimai yer) məkanın planlaşdırılmasını zəruri etdi. Roma İmperiyasının süqutundan sonra təxminən 900-cu ildə şəhər həyatı yenidən Avropaya qayıtdı, qədim Roma məskənlərinin yerində onların eskizləri qorunmaqla, bir çox orta əsrə aid qala və divarlar vüsət aldı, forum mərkəzi meydana çevrildi. Biz bunların izlərinə Xorvatiyanın Dalmaçiya sahillərində yerləşən Zadar və Poreç şəhərlərində rast gələ bilərik. Orta əsrə aid istənilən şəhərcik əsasən qala divarları ilə əhatələndiyindən, onların rəsmi havadan dronla çəkilib.Milli.Az

Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/724765.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR