Ötən il Avstriyada turizm üçün rekord ili olub

Ötən il Avstriyada turizm üçün rekord ili olub
02:32 27 Yanvar 2019
10 Dünya
Ölkə mətbuatı
A- A+

Avstriyanın turizm iqtisadiyyatı üçün 2018-ci il rekordla başa çatıb.Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, ötən il Avstriyanın turizm müəssisələrində təxminən 150 milyon gecələmə qeydə alınıb. Bu isə 2017-ci illə müqayisədə 3,6 faiz artım deməkdir. Ölkədə otel və digər istirahət mərkəzlərinə üz tutan qonaqların əksəriyyəti yerli əhali olub. Onların sayəsində turizm müəssisələri 2018-ci ildə 39,37 milyon gecələmə qeydə alıblar.Həmçinin turizm müəssisələrinə baş çəkən qonaqların sayı ötən il rekordla müşayiət olunub. Ümumilikdə 45 milyon qonaq Avstriyadakı turizm obyektlərində gecələyib.Bu ölkədə istirahətə üstünlük verən əcnəbilərin reytinqində birinci yerdə almanlar dayanır. Ötən il Almaniyadan gələn qonaqlar sayəsində Avstriyanın turizm müəssisələrində 56,26 milyon (2017-ci illə müqayisədə 5 faiz artım) gecələmə qeydə alınıb. Sonrakı yerləri isə hollandlar və qonşu macarlar tutur.Avstriya şəhərləri arasında əsl turizm maqniti yenə də paytaxt Vyana olub. 2018-ci ildə bu şəhərdə 16,5 milyon turist gecələməsi qeydə alınıb.Milli.Az

Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/724848.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR