Peyğəmbərin karikaturasını çəkən jurnalist: "Qorxmuram"

11:31 14 Yanvar 2015
115 Dünya
Ölkə mətbuatı
A- A+

Fransada "Charlie Hebdo" həftəlik satirik jurnalının redaksiyaya hücumdan sonra dərc edilən ilk sayı artıq satışa çıxarılıb.

ANS PRESS-in məlumatına görə, jurnalın bu sayı 3 milyon tirajla buraxılıb. Jurnalın bu sayının üz qabığına Məhəmməd Peyğəmbərin karikaturası çıxarılıb. Peyğəmbər gözündən yaş gələn, əlində "Mən Şarliyəm" yazılmış lövhəcik tutaraq təsvir edilib. Üz qabığının yuxarı hissəsində isə "Hər şey bağışlandı" sözləri yazılıb.

Karikatura jurnalın "Luz" təxəllüslü əməkdaşı Renald Lüzye tərəfindən çəkilib. O, jurnalın əks-səda doğura biləcək sayı barədə açıqlamalar verib. "Jurnalın bu dəfəki sayının üz qabığına aqressiv reaksiyaların olacağından qorxmuram. Biz insanların intellektindən və yumor hissəsindən əminik. Bu hücumu həyata keçirənlərin yumor hissi yoxdur", - deyə "Luz" bildirib.

Jurnalın bu sayında həmçinin terror hücumu zamanı ölən əməkdaşların fotoları da dərc edilib.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=319600

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR